
00:08
Dünya çempionatlarının ən gözəl qolu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, final mərhələlərinin ən yaxşı qolu FİFA-nın azarkeşlər arasında keçirdiyi sorğu ilə bəlli olub.
Meksika millisinin futbolçusu Manuel Neqretenin DÇ-1986-da Bolqarıstanın qapısından keçirdiyi top mundiallar tarixinin ən yaxşısı olub.
Qeyd edək ki, 2-ci yeri braziliyalı Ederin DÇ-1982-də SSRİ yığmasına vurduğu top tutub.