22:21 10-04-2018
news_image
1930
FUTBOL

“Mövsümboyu ilk dəfə bu cür qrafiklə üzləşirik” – “Neftçi”nin müdafiəçisi

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” bu gün İsmət Qayıbov adına bazada məşq keçib.

 

Müdafiəçi Kirilo Petrov Neftçi TV-yə açıqlamasında “Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib: “Kubok tam fərqli bir turnirdi. Finala yüksəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Qələbəyə köklənmişik. Digər çempionatlarda bütün mövsümü 3 gündən bir oyun keçirir. Biz isə mövsümboyu ilk dəfədir bu cür qrafiklə üzləşirik.

 

Kubok matçından sonra Zirədə süni meydançada oynayıb, yenidən təbii otda çıxış etmək problem yarada bilər. Bununla belə, fiziki baxımdan da hazırıq və tələb olunan oyunu göstərə bilərik. Azarkeşlərdən ilk və cavab matçında əvvəldən axıra kimi bizi dəstəkləmələrini istəyirəm. Həm də, təkcə kubok oyunlarında yox, çempionatın sonunadək bütün qarşılaşmalarda.

 

Qarşıda hər qələbəsi 6 xala bərabər olan görüşlər olacaq. Buna görə də onların dəstəyi bizim üçün çox vacibdir. İstərdim ki, hər oyuna gəlib azarkeşlik etsinlər”.