00:42 12-04-2018
news_image
6915
FUTBOL

Son yarımfinalçı "Real" və "Bavariya" oldu - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında növbəti yarımfinalçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/4 finalın sonuncu cavab oyunları Münhen və Madriddə keçirilib.

 

Almaniyadakı qarşılaşmanı formal saymaq olardı. “Bavariya”nın İspaniyada qalib gəldiyi “Sevilya”ya evində uduzması real görünmürdü. Öz meydanında qolsuz bərabərə qalan Yupp Haynkesin yetirmələri yarımfinala adlayıblar.

 

Digər cütlükdə isə "Yuventus" geridönüşə yaxın olub. Evində "Real"a 3 cavabsız qolla yenilən “qoca sinyora” İspaniyadakı qarşılaşmada bunun əvəzini çıxsa da, Kriştianu Ronaldonun son saniyələrdə penaltidən vurduğu qol "kral klubu"nun yoluna davam etməsinə şərait yaradıb.

 

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

11 aprel

 

“Bavariya” – “Sevilya” - 0:0

Qırmızı vərəqə: X. Korrea, 90+2

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Münhen. “Alyans Arena”

İlk oyun – 2:1

“Bavariya” (Almaniya): 26. Sven Ulrix, 5. Mats Hummels, 7. Frank Riberi (6. Tiaqo Alkantara, 71), 8. Xavi Martines, 9. Robert Levandovski (2. Sandro Vaqner, 77), 10. Aryen Robben, 11. Hames Rodriges, 13. Rafinya (4. Niklas Süle, 87), 17. Jerom Boatenq, 25. Tomas Müller (k), 32. Joşua Kimmix

Ehtiyat heyət: 22. Tom Stark, 14. Xuan Bernat, 19. Sebastian Rudi, 24. Sorentin Tolisso

Baş məşqçi: Yupp Haynkes

“Sevilya” (İspaniya): 13. David Soria, 5. Klemen Lenglet, 9. Vissam Ben Yedder (20. Luis Muriel, 65), 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 16. Xesus Navas, 17. Pablo Sarabia (99. Sandro Ramires, 70), 18. Serxio Eskudero (k), 22. Franko Vaskes (24. Nolito, 81), 25. Qabriel Merkado

Ehtiyat heyət: 1. Serxio Riko, 6. Daniel Karriço, 14. Quido Pizarro, 97. Gilyerme Arena

Baş məşqçi: Vinçentso Montella

 

“Real” – “Yuventus” - 1:3

Qollar: K. Ronaldo, 90+8 (pen.) - M. Mandzukiç, 2, 37; B. Matuidi, 61

Qırmızı vərəqə: C. Buffon, 90+3

Baş hakim: Maykl Oliver (İngiltərə)

Madrid. “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 3:0

“Real” (İspaniya): 1. Keylor Navas, 2. Dani Karvahal, 3. Xesus Valyexo, 5. Rafael Varan, 7. Kriştianu Ronaldo, 8. Toni Kroos, 10. Luka Modriç (23. Mateo Kovaçiç, 75), 11. Qaret Beyl (20. Marko Asensio, 46), 12. Marselo (k), 14. Kasemiro (17. Lukas Vaskes, 46), 22. İsko

Ehtiyat heyət: 13. Kiko Kasilya, 9. Kərim Benzema, 15. Teo Ernandes, 18. Markos Lyorente

Baş məşqçi: Zinəddin Zidan

“Yuventus” (İtaliya): 1. Canluici Buffon (k), 2. Mattia De Şilyo (26. Stefan Lixtştayner, 17), 3. Corcio Kyellini, 4. Medhi Benatia, 5. Miralem Pyaniç, 6. Sami Xedira, 9. Qonzalo İquain (23. Voyçex Şesnı, 90+6), 11. Duqlas Kosta, 12. Aleks Sandro, 14. Bleyz Matuidi, Mario Mandzukiç

Ehtiyat heyət: 7. Xuan Kuadrado, 8. Klaudio Markizio, 22. Kvadvo Asamoa, 24. Daniele Ruqani, 27. Stefano Sturaro

Baş məşqçi: Massimiliano Alleqri