18:59 12-04-2018
news_image
586
DİGƏR NÖVLƏR

Çempion Buffona təəssüfləndi

UFC üzrə çempion Həbib Nurmaqomedov “Real” – “Yuventus” (1:3) oyununun son saniyələrində baş verən hadisələrə münasibət bildirib. Apasport.az saytı xəbər verir ki, Həbib “İnstaqram” hesabında matçın xoşbəxt sonluqla bitdiyini, buna rəğmən, qolkiper Canluici Buffona görə təəssüf hissi keçirdiyini yazıb:

 

“Əla matç, xoşbəxt sonluq. Buffona görə təəssüflənirəm, ancaq bu, idmandı və idmanda bir qalib olur. “Yuventus” bu gün qələbəyə çox yaxın idi”.

 

Xatırladaq ki, “Real” – “Yuventus” oyununa əlavə olunmuş üçüncü dəqiqədə hakim Maykl Oliver qonaqların qapısına penalti təyin etmiş, qərara etiraz edən Canluici Buffonu isə meydandan qovmuşdu.