13:56 13-04-2018
news_image
430
TOP OYUNLARI

NBA rekordlara “doymur”

Ardıcıl 4 mövsümdü Milli Basketbol Assosasiyasında (NBA) izləyici rekordu qırılır. Apasport.az saytının məlumatına görə, NBA-nın geridə qalan müntəzəm çempionatında oyunları ümumilikdə 22,1 milyon tamaşaçı yerindən izləyib.

 

Bu, NBA tarixindəki ən yüksək göstəricidi. Öncəki rekord keçən mövsümə aid idi: 21,9 milyon. Orta hesabla hər oyundakı azarkeş sayında da artım var. Ötən mövsüm 17 min 884-ə bərabər olan göstərici bu il 17 min 987-yə qədər qalxıb.

 

Başa çatan müntəzəm çempionat ərzində, həmçinin onlayn yolla klubların atributlarının satışı və liqanın sosial şəbəkələrdəki izləyicilərinin sayısında da rekord artım – müvafiq olaraq, 25% və 9% – müşahidə olunub.