18:05 15-04-2018
news_image
354
TOP OYUNLARI

Çempion medallarını aldı

Voleybol üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında Super Liqanın son turundan sonra baş tutan tədbirdə çempionat iştirakçıları meydana dəvət olunub.

 

AVF bürünc, “Abşeron” gümüş, “Azərreyl” isə qızıl medallarla mükafatlandırılıb.

 

Onlara medalları Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev verib.