15:10 16-04-2018
news_image
503
TOP OYUNLARI

Türkiyədən NBA-ya: “Nyu-York” onu istəyir

Ceff Hornaseklə yollarını ayıran NBA klublarından “Nyu-York Niks” yeni baş məşqçi axtarışlarına başlayıb. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, “Nyu-York”un siyahısında Devid Blatt, Devid Fayzdeyl, Cerri Stakhauz və Mark Ceksonun adları var.

 

“Niks” rəhbərliyi bu həftə Fayzdeyl, Stakhauz və Ceksonla, gələn həftə isə Blattla görüşəcək.

 

Devid Blatt hazırda Türkiyənin “Darüşşafaka” klubunda çalışır. Onun komandası bu yaxınlarda final Kuban “Lokomotiv”ini məğlub edərək, “EuroCup”ın qalibi olmuşdu.

 

Qeyd edək ki, Blatt daha öncə NBA-da “Klivlend”i çalışdırıb.