10:30 27-05-2008
news_image
590
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları Kliçko qardaşlarının şərəfinə keçirilən turnirdə qələbə qazana bilməyiblər

Bakı. Kənan Həsənov - APA-Sport. Ukraynanın paytaxtı Kiyevdə peşəkar boks üzrə dünya çempionları Vitali və Vladimir Kliçko qardaşlarının şərəfinə həsr olunan beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, 8-ci dəfə təşkil olunan yarışa qatılan təmsilçilərimiz ilk görüşdə uduzaraq fəxri kürsüyə yüksələ bilməyiblər. 69 kq çəki dərəcəsində Vüsal Tağıyev 1/8 finalda qətərli Hakan Nuraydına uduzub. Mirhəsən Bəşirov (81 kq) ¼ finalda ukraynalı Dmitri Smaqulaya müqavimət göstərə bilməyərək ikinci raundda təslim olub. Ən ağır çəkidəki (+91 kq) təmsilçimiz Elçin Əhmədov da bu mərhələdə italiyalı Roberto Kammarelleyə üçüncü raundda tam üstünlüklə məğlub olub.