09:33 18-04-2018
news_image
301
TOP OYUNLARI

Natalya Məmmədovanın komandası çempionluğu əldən verir

Qadın voleybolçular arasında Rusiya Superliqasında final mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su həlledici görüşdə Moskva “Dinamo”su ilə ikinci matçını keçirib.

 

İlk qarşılaşmada 0:3 hesabı ilə uduzan Tatarıstan təmsilçisi evdə keçirdiyi bu oyunda da məğlubiyyətə üzülüb. Moskva klubu bu dəfə 3:2 (25:17, 23:25, 25:12, 19:25, 15:10) hesabı ilə qalib gəlib. Məmmədova görüşdə 1 xal toplayıb.

 

Kazanlılar üçüncü matçı aprelin 21-də səfərdə keçirəcəklər.