10:43 18-04-2018
news_image
468
TOP OYUNLARI

NBA: “Boston” fərqi artırdı, “Nyu-Orlean”dan növbəti qələbə - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 3 qarşılaşma keçirilib.

 

Şərq konfransında müntəzəm çempionatı lider kimi bitirən “Toronto Reptors” “Vaşinqton Vizards” üzərindəki ikinci qələbəsini qazanıb. “Boston Seltiks” isə “Miluoki Baks”a qalib gəlib.

 

Qərbdə bir görüş baş tutub. “Nyu-Orlean Pelikans” səfərdə yenə “Portlend Treyl Bleyzers”dən üstün olub. Növbəti iki oyunu doğma meydanda keçirəcəklərini nəzərə alsaq, Luiziana təmsilçisinin ikinci tura yüksəlmək şansları olduqca yüksəkdi.

 

NBA

Pley-off, ilk tur

Şərq konfransı

 

“Toronto Reptors” – “Vaşinqton Vizards” – 130:119

“Toronto”: DeRozan (37 xal, 5 ribaund, 4 assist)

“Vaşinqton”: Voll (29 xal, 9 assist, 4 ribaund, 1 blok)

Seriyada hesab: 2-0 (“Toronto”)

 

“Boston Seltiks” – “Miluoki Baks” – 120:106

“Boston”: Braun (30 xal, 5 ribaund, 1 assist)

“Miluoki”: Adetokunbo (30 xal, 9 ribaund, 8 assist, 1 top oğurlama, 1 blok)

Seriyada hesab: 2-0 (“Boston”)

 

Qərb konfransı

 

“Portlend Treyl Bleyzers” – “Nyu-Orlean Pelikans” – 102:111

“Portlend”: MakKollum (22 xal, 6 assist, 3 ribaund, 1 top oğurlama, 1 blok)

“Nyu-Orlean”: Holidey (33 xal, 9 assist, 3 ribaund, 1 top oğurlama)

Seriyada hesab: 2-0 (“Nyu-Orlean”)