10:53 18-04-2018
news_image
475
STOLÜSTÜ OYUNLAR

Kirsan İlyumjinov Şəmkirə gəlir

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” turnirinin açılış mərasimi keçiriləcək. Apasport.az yarışın rəsmi saytına istinadən məlumat verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək. 


Turnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.