15:40 18-04-2018
news_image
482
DİGƏR NÖVLƏR

Federer “Rolan Qarros”da iştirakdan imtina etdi

“Avstraliya Açıq” çempionu Rocer Federer mövsümün ikinci “Böyük dəbilqə” turniri “Rolan Qarros”da iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, cari ildə RQ-də iştirakdan imtina edən ilk tennisçi məhz elə Federer olub.

 

Bununla da, dünya 102 nömrəsi – 22 yaşlı serb tennisçi Laslo Djere “Fransa Açıq”da birbaşa iştirak haqqı əldə edib.

 

Əməliyyatdan sonra birbaşa ot korta dönməyi planlaşdıran 2016-cı ilin finalçısı Endi Marreyin də turnirdə iştirak etməməsi gözlənilir.

 

Qeyd edək ki, “Rolan Qarros” mayın 27-də başlayacaq və 10 iyun tarixinə qədər davam edəcək.