20:44 18-04-2018
news_image
2086
STOLÜSTÜ OYUNLAR

“ShamkirChess 2018”: Məmmədyarovun ilk rəqibi Karlsen oldu

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” turnirinin açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə FİDE prezidenti Kirsan İlyumjinov da iştirak edib.

 

Mərasimdə həmçinin yarışın ilk turunun püşkü atılıb. Azərbaycanlı şahmat azarkeşlərinin böyük ümid bəslədiyi qrossmeysterimiz Şəhriyar Məmmədyarov turnirə norveçli dünya çempionu Maqnus Karlsenlə oyunla start verəcək.

 

Digər təmsilçilərimiz – Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çexiyalı David Navara ilə qarşılaşacaq.

 

Şəhriyar ağ, Teymurla Rauf isə qara fiqurlarla oynayacaqlar.

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.