11:16 19-04-2018
news_image
739
FUTBOL

“Həyat yoldaşım ən pis anlarda zəng edir” - VİDEO

“Çelsi”nin baş məşqçisi Antonio Kontenin Premyer Liqada “Bernli” ilə XXXI turdan təxirə salınmış oyundan öncə keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, italyan mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən həyat yoldaşı ona zəng edib.

 

Konte həmin anları belə şərh edib: “Həyat yoldaşımdı. Həmişə ən pis anlarda zəng edir. Məni cərimələyə bilərsiniz. Çox təəssüf, eyni situasiya burda sizin başınıza gəlsə, əsəbiləşərdim”.

 

Mətbuat nümayəndələrindən biri isə “Həyat yoldaşınız süd almağınızı istəyirdi?” deyərək, Konte ilə zarafatlaşıb.