11:22 20-04-2018
news_image
329
DİGƏR NÖVLƏR

NHL: “Vaşinqton”dan geridönüş, “Boston” yarımfinalın bir addımlığında

Milli Xokkey Liqasında (NHL) pley-off mərhələsinin ilk turu davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.

 

Şərq konfransında müntəzəm çempionatı ikinci sırada bitirən “Boston Bryuinz” səfərdə “Toronto Meypl Lifs”i məğlub edərək, konfrans yarımfinalına yüksəlmək uğrunda böyük üstünlük əldə edib. Digər oyunda isə “Vaşinqton Kepitalz” “Kolambus Blu Cekets”in qonağı olub. Səfərdə ardıcıl ikinci qələbəyə sevinən paytaxt təmsilçiləri geridönüş edərək, seriyaya tarazlıq gətiriblər.

 

NHL

Pley-off, ilk tur

 

Şərq konfransı

 

“Toronto Meypl Lifs” – “Boston Bryuinz” – 1:3

Seriyada hesab: 3-1 (“Boston”)

 

“Kolambus Blu Cekets” – “Vaşinqton Kepitalz” – 1:4

Seriyada hesab: 2-2