18:23 21-04-2018
news_image

Azərbaycanlı karateçi İstanbulda qızıl qazandı - FOTO

Türkiyənin İstanbul şəhərində IX World Shotokan Champoinship beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda artıq bəzi mükafatçılar bəllidir.

 

 Azərbaycan təmsilçilərindən 6 yaşlı Mədinə Kazımova 31  ölkə təmsilçisinin  iştirak etdiyi  turnirin qızıl medalını qazanıb. 25 kq çəki dərəcəsində çıxış edən karateçimiz rəqiblərini məğlub edərək, birinciliyə yüksəlib.

 

Qeyd edək ki, Kazımova ötən il Bakıda keçirilən budo üzrə açıq dünya kuboku yarışlarında da birinci yerə layiq görülüb.