20:38 21-04-2018
news_image
397
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen mətbuat konfransına qatılmadı

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində III tur başa çatıb. Apasport.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.

 

Rauf Məmmədovla xalı yarı bölən norveçli şahmatçı partiyadan sonra ənənəvi mətbuat konfransında iştirak etməyib. Karlsen yarış zalından birbaşa məskunlaşdığı otelə yollanıb.