11:19 29-05-2008
news_image
517
DİGƏR NÖVLƏR

Samir Məmmədov AİBA prezidentinin şərəfinə təşkil olunan turnirin yarımfinalına yüksəlib

Bakı. Kənan Həsənov – APA-Sport. Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti (AİBA) Çinq-Kuo Vunun şərəfinə təşkil olunan beynəlxalq turnir başa çatmaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, ilk dəfə keçirilən yarışa qatılan Azərbaycan milli komandasının üç üzvündən yalnız biri yarımfinala yüksəlib. Pekin olimpiadasına lisenziya qazanan Samir Məmmədov (54 kq) ¼ finalda rusiyalı Zinat Zandibayevi 21:18 hesabı ilə məğlub edib. Ən azı bürünc medalı özü üçün təmin edən həmyerlimiz, bu gün yarımfinalda Xurşid Tojibayevlə (Özbəkistan) qarşılaşacaq. 69 kq çəki dərəcəsində isə Emil Məhərrəmov ¼ finalda özbəkistanlı Dilşod Mahmudova uduzaraq (4:17) mübarizəni dayandırıb.
Qeyd edək ki, bundan öncə 64 kq çəki dərəcəsində rinqə çıxan Famil Süleymanov ilk döyüşdə yaponiyalı Kavaçi Masatsuqiyə 5:13 hesabı məğlub olub.