16:04 25-04-2018
news_image
511
TOP OYUNLARI

Yunanıstan – Azərbaycan oyunun tarixi açıqlandı

Kişi voleybolçulardan İbarət Azərbaycan millisinin Avro-2019-un seçmə mərhələsindəki oyunlarından daha birinin vaxtı dəqiqləşib dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri qitə çempionatının III turuna avqustun 18-də çıxacaqlar.

 

Həmin gün komandamız Yunanıstanla üz-üzə gələcək. Oyunun keçiriləcəyi şəhər və başlama saatı isə bugünlərdə bəlli olacaq.

 

Qeyd edək ki, voleybolçularımız Yunanıstanla yanaşı, İsveç və Lüksemburqla birgə G qrupunda yer alıb. Yunanlardan öncə isə isveçlilərlə oyunlarımızın tarixi dəqiqləşmişdi. Təmsilçimiz bu rəqiblər avqustun 15-də səfərdə, 2019-cu il yanvarın 9-da ölkəmizdə oynayacaq.