10:21 26-04-2018
news_image
512
TOP OYUNLARI

Avroliqa: “Real” seriyada önə keçdi, MOİK uduzdu - VİDEO

Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib. “Panatinaikos”u qəbul edən “Real” qələbə qazanaraq, seriyada önə keçib. Rusların mübarizəsindən isə “Ximki” qalib ayrılıb. Beləliklə, MOİK seriyada ilk məğlubiyyətini alıb.

 

Avroliqa
Pley-off

“Real” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 81:74
Seriyada hesab – 2:1 (“Real”)

 

“Ximki” (Rusiya) – MOİK (Rusiya) – 79:73
Seriyada hesab – 2:1 (MOİK)

 

Seriyada ən tez 3 qələbə qazanan komandalar “Dördlər finalı”na vəsiqə əldə edəcəklər.