12:12 26-04-2018
news_image
383
DİGƏR NÖVLƏR

“Barcelona Open”: Cokoviç turnirlə vidalaşdı

Kişi tennisçilər arasında keçirilən “Barcelona Open”də mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə 1/16 final mərhələsinə yekun vurulub.

 

Dünya bir nömrəsi Rafael Nadal həmyerlisi Roberto Karbalyes Baznanı 1 saat 55 dəqiqə sürən mübarizə sonunda məğlub edərək, adını 1/8 finalçılar sırasına yazdırıb.

 

ATP reytinqinin sabiq lideri Novak Cokoviç isə uğursuz çıxışını davam etdirir. Serbiyalı raketka ustası Martin Klijana uduzaraq, mübarizəni dayandırıb.

 

Barselona Açıq

 

1/16 final

 

Rafael Nadal (İspaniya) – Roberto Karbalyes Bazna (İspaniya) – 2:0 (6:4, 6:4)

 

Martin Klijan (Slovakiya) – Novak Cokoviç (Serbiya) – 2:1 (6:2, 1:6, 6:3)

 

Mükafat fondu 2 milyon 324 min 905 avro olan “Barselona Açıq” turnirinə aprelin 29-da yekun vurulacaq.