19:36 26-04-2018
news_image
756
FUTBOL

Birinci divizionda İnqilab!

Futbol üzrə Azərbaycan I Divizionunda 25-ci turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ötən turunda - “Neftçi” – “Qəbələ” oyununda verdiyi qərarlarla müzakirə mövzusu olan İnqilab Məmmədov aşağı dəstəyə göndərilib.

 

O, “Qaradağ Lökbatan” – “Xəzər” matçında ədaləti təmsil edəcək.

 

Bazar günü Premyer Liqada “Sumqayıt” – “Səbail” matçını idarə edəcək Rəvan Həmzəzadə isə “Binə” – “Turan Tovuz” matçında əsas söz sahibi olacaq.

 

Birinci divizion

XXV tur

27 aprel (cümə)

“Qaradağ Lökbatan” – “Xəzər”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Hakim-inspektor: Vaqif Ayvazov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu (“CBC Sport”/ canlı)  

MOİK – “Mil-Muğan”
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Ruslan Babayev, Elxan Müslümov
AFFA nümayəndəsi: İlham Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Binə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Mehman Mahmudov, Nahid Xasıyev 
AFFA nümayəndəsi: Qabil Nərimanov
Hakim-inspektor: Əlibala Ələsgərov
Binə qəsəbə stadionu

Qeyd: Turun bütün görüşləri 16:00-da başlanacaq.