09:46 27-04-2018
news_image
424
TOP OYUNLARI

NBA: "Miluoki" seriyanı uzatdı - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsinin ilk turu davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə bir görüş keçirilib.

 

Şərq konfransında müntəzəm çempionatı ikinci sırada bitirən "Boston Seltiks" "Miluoki Baks"ın qonağı olub. Ev sahibləri qələbə qazanaraq, seriyaya yenidən tarazlıq gətiriblər. Beləliklə, konfrans yarımfinalına kimin çıxacağını müəyyənləşdirmək üçün komandalar arasında yeddinci oyun keçiriləcək.

 

NBA

Pley-off, ilk tur

Şərq konfransı

"Miluoki Baks" - "Boston Seltiks" - 97:86

"Miluoki": Adetokunbo (31 xal, 14 ribaund, 4 assist, 2 top oğurlama)

"Boston": Teytum (22 xal, 3 ribaund, 3 assist, 2 top oğurlama)

Seriyada hesab: 3-3