10:12 27-04-2018
news_image

AÇ: Sərbəst güləş üzrə yığmamızın heyəti açıqlandı

Bu gün sərbəst güləş üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçirilib. Apasport.az saytının məlumatına görə, Olimpiya Güləş Mərkəzində baş tutan hazırlıqdan öncə Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək yığmalarımızın heyəti açıqlanıb.

 

Belə ki, sərbəst güləş üzrə komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Firdovsi Umudov Avropa çempionatında Giorgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtazali Müslimov (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurmaqomed Qadjiyev (97 kq) və Camaləddin Maqomedova (125 kq) şans verəcək.

 

Qeyd edək ki, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.