11:12 27-04-2018
news_image
352
DİGƏR NÖVLƏR

NHL: "Vaşinqton" uduzdu, "Veqas"dan darmadağın

Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinallarına start verilib. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.

 

Şərq konfransında "Pittsburq Pinqvinz" səfərdə "Vaşinqton Kepitalz"ı məğlub edərək, seriyaya qələbə ilə başlayıb. Qərb konfransında isə "Veqas Qolden Nayts" "San-Xose Şarks"a böyük hesabla qalib gəlib.

 

NHL

Pley-off, ikinci tur

Şərq konfransı

"Vaşinqton Kepitalz" - "Pittsburq Pinqvinz" - 2:3

Seriyada hesab: 1-0 ("Pittsburq")

 

Qərb konfransı

"Veqas Qolden Nayts" - "San-Xose Şarks" - 7:0

Seriyada hesab: 1-0 ("Veqas")