14:50 27-04-2018
news_image
412
DİGƏR NÖVLƏR

“Barcelona Open”: Nadal 1/4 finalda

Kişi tennisçilər arasında keçirilən “Barcelona Open” turnirində 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1/4 finala yüksələnlər sırasında dünya bir nömrəsi Rafael Nadal da var.

 

İspan raketka ustası həmyerlisi Qilyermo Qarsiya-Lopeslə qarşılaşıb. 1 saat 20 dəqiqə davam edən görüşdə Nadal rəqibinə cəmi 4 qeym verib. 3 nömrəli favorit Dominik Tim isə iki set sonunda Yozef Kovalikdən üstün olub.

 

Barcelona Open

 

1/8 final

 

Yozef Kovalik (Slovakiya) – Dominik Tim (Avstriya) – 0:2 (6:7, 2:6)

 

Rafael Nadal (İspaniya) – Qilyermo Qarsiya-Lopes (İspaniya) – 2:0 (6:1, 6:3)

 

Felisiano Lopes (İspaniya) – Martin Klijan (Slovakiya) – 0:2 (1:6, 4:6)

 

Stefanos Çiçipas (Yunanıstan) – Albert Ramos (İspaniya) – 2:0 (6:4, 7:5)

 

Malik Jaziri (Tunis) – Qriqor Dimitrov (Bolqarıstan) – 1:2 (5:7, 6:3, 6:7)

 

Pablo Karrenyo-Busta (İspaniya) – Adrian Mannarino (Fransa) – 2:1 (6:2, 4:6, 7:6)

 

David Qoffen (Belçika) – Karen Xaçanov (Rusiya) – 2:1 (2:6, 7:6, 6:0)

 

Pablo Anduxar (İspaniya) – Roberto Bautista-Aqut – 0:2 (4:6, 1:6)

 

“Barcelona Open” turnirinə aprelin 29-da yekun vurulacaq.