15:34 27-04-2018
news_image
386
TOP OYUNLARI

Yığmamız 3 komandaya bölündü

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına məşqləri davam etdirir. Apasport.az saytının məlumatına görə, 35 oyunçunun çağırıldığı komandamız 3 qrupa ayrılıb.

 

Belə ki, əsas yığmanın hazırlığında hələlik Odina Bayramova, Şəfaqət Alışanova, Aynur İmanova, Marqarita Əzizova, Ceyran İmanova, Yekaterina Jidkova, Yelizaveta Səmədova, Yana Əzimova, Yuliya Kərimova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Bəyaz Əliyeva, Ayşən Abduləzimova və Kristina Yaqubova iştirak edirlər. Digər aparıcı oyunçular qısa istirahətdən sonra düşərgəyə gələcək.

 

İkinci heyətdə Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Nərmin Fərəcova, Larisa Smeltsova, Çinarə Quliyeva, Nurhan Kazımova, Fidan Fərzullayeva və Raziyə Əliyeva yer alıblar. Daha gənc voleybolçular isə 3-cü komandada məşq keçirlər.

 

Qeyd edək ki, Portuqaliya, Ukrayna və Bolqarıstanla oynayacaq millimiz mayda “14-lüy”ü açıqlayacaq.