10:18 28-04-2018
news_image
567
TOP OYUNLARI

Ukrayna Azərbaycanla oyun üçün heyətini açıqladı

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında Azərbaycan yığmasının rəqibinin baş məşqçisi Qari Yeqiazarov hazırlıqlara 26 oyunçu cəlb edib.

 

Təlim-məşq toplanışından sonra bu voleybolçuların sayı 14-ə endiriləcək. Heyətdə “Azərreyl”lə Azərbaycan çempionu olan Svetlana Dorsman da yer alıb.

 

Toppaylayıcılar: Yelena Novqorodçenko, Lyudmila Osaçuk, Aleksandra Peretyatko, Alla Politanska, Marina Deqtyareva;

 

Blokçular: Viktoriya Dançak, Svetlana Dorsman, Darya Drozd, Yuliya Qerasimova, Anastasiya Karasova, Diana Karpets, İrina Truşkina, Darya Velikokon;

 

Hücumçular: Anastasiya Çernuxa, Karina Denisova, Katerina Dudnik, Nadejda Kodola, Anna Kiriçenko, Viktoriya Loxmançuk, Anna Stepanyuk, Lyubov Ujva, Katerina Kalçenko, Viktoriya Nikolayçuk, Olesya Rıxlyuk, Olqa Skripak;

 

Liberolar: Kristina Nemtseva.

 

Qeyd edək ki, Azərbaycan ilk turda, mayın 19-da Ukraynanı qəbul edəcək. Voleybolçularımızın son oyunu da bu rəqibə qarşı olacaq və səfərdə baş tutacaq qarşılaşma iyunun 6-na təsadüf edəcək.