15:56 29-05-2008
news_image
420
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov reytinq cədvəlində mövqeyini qoruyub

Bakı. Kənan Həsənov - APA-Sport. Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2007/2008 mövsümündə keçirilən yarışların nəticələrinə əsasən yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 86 kişi şahmatçının sıralamasında üç təmsilçimiz yer alıb. ACP-nin təqviminə daxil olan 8 yarışda iştirak edən milli komandamızın lideri Teymur Rəcəbov 1527 xalla 6-cı sıradakı mövqeyini qoruyub. 21 yaşlı qrossmeysterimiz əvvəlki siyahı ilə müqayisədə hesabına 331 xal əlavə edib. Yığmamızın digər üzvü, yeddi yarışa qatılan Vüqar Həşimov isə bir pillə irəliləyib. Bakıda təşkil olunan Qran-Pri turnirində qalib gələn qrossmeysterimiz 1174 xalla 9-cu yeri tutub. Cəmi iki turnirdə çıxış edən Namiq Quliyev (65 xal) bir pillə geriləyərək 69-cu sıraya düşüb. Siyahıya iştirak etdiyi 13 yarışın yekununa əsasən 2456 xal toplayan Vasili İvançuk başçılıq edir. Ukraynalı şahmatçı uzun müddət liderlik edən hindistanlı dünya çempionu Vişvanatan Anandı (1917 xal) qabaqlayıb.