16:11 28-04-2018
news_image
534
TOP OYUNLARI

Yığmamızın ev oyunlarının məkanı dəyişdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında ev oyunlarını keçirəcəyi məkan dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin komandası rəqiblərini Bakı İdman Sarayında qəbul etməyəcək.

 

Son qərara əsasən yığmamız ev oyunlarını Voleybol Mərkəzində keçirəcək.

 

Qeyd edək ki, komandamız Avropa Liqasında Bolqarıstan, Ukrayna və Portuqaliya ilə birgə A qrupunda yer alıb. Yarışa isə mayda start veriləcək.