10:03 30-04-2018
news_image
481
DİGƏR NÖVLƏR

"Barcelona Open": Nadaldan 11-ci çempionluq

Kişi tennisçilər arasında keçirilən “Barcelona Open” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, final görüşündə dünya bir nömrəsi Rafael Nadal Stefanos Çiçipasla qarşılaşıb.

 

Nadala qələbə üçün cəmi 1 saat 19 dəqiqə lazım gəlib. Rəqibinə 3 qeym verən ispan raketka ustası ardıcıl 3-cü, ümumilikdə isə 11-ci dəfə “Barcelona Open” turnirinin qalibi olub.

 

Barcelona Open

Final

Rafael Nadal (İspaniya) - Stefanos Çiçipas (Yunanıstan) - 2:0 (6:2, 6:1)