11:41 30-04-2018
news_image
374
DİGƏR NÖVLƏR

NHL: “Vaşinqton” və “Neşvill” seriya hesabını bərabərləşdirdilər

Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.

 

Şərq konfransında “Vaşinqton Kepitalz” “Pittsburq Pinqvinz”i məğlub edib. Qərbdə isə “Neşvill Predatorz” overtaym sonunda “Vinnipeq Jets”dən üstün olub. Hər iki seriyada hesab bərabərdi.

 

NHL

 

Pley-off

 

Şərq konfransı

 

“Vaşinqton Kepitalz” – “Pittsburq Pinqvinz” – 4:1

 

Seriyada hesab: 1-1

 

 

Qərb konfransı

 

“Neşvill Predatorz” – “Vinnipeq Jets” – 5:4 (overtaym)

 

Seriyada hesab: 1-1