10:48 01-05-2018
news_image
605
TOP OYUNLARI

Azərbaycan avrokuboklara 2 klubla qatılır

Kişi voleybolçulardan ibarət Azərbaycan klublarının avrokubokda 2 komanda ilə təmsil olunacağı planlaşdırılır. Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Lokomotiv” ikinci cəhddə də “Çelenc Cup”da iştirakı gözlənilir.

 

Amma onlar bu dəfə tək olmayacaqlar. Yüksək Liqanın gümüş medalçısı “Sərhədçi” tarixində qazandığı ilk uğurunu beynəlxalq arenada da davam etdirmək arzusundadı. Ziya Rəcəbovun başçılıq etdiyi komanda da “Çelenc Cup”da qüvvəsini sınamaq istəyindədi.

 

Əgər hər 2 klubumuz avrokuboklarda iştiraklarını təsdiqləsələr, bu Azərbaycan voleybolu üçün son 15 mövsümdə ilk olacaq. Çünki sonuncu dəfə 2 komandamız 2003/2004 mövsümündə beynəlxalq arenada mübarizə aparıb. Həmin vaxt ölkəmizi “Metro” və “Azərneft” təmsil edib.