
Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün qalibi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “Xəzər”in aşağı liqanı ilk pillədə tamamlayacağı rəsmiləşib.
Bu gün keçirilən XXVI turda “Zaqatala” ilə qarşılaşan paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib. Qalibin müəyyənləşməsində 2-ci pillədə qərarlaşan “Qaradağ Lökbatan”ın səfərdə “Turan Tovuz”a yenilməsi böyük rol oynayıb.
Qızıl şansını itirən “Qaradağ Lökbatan” isə 2-ci yeri təmin edib. 3-cü pillədə qərarlaşan “Şüvəlan”ın səfərdə “Mil-Muğan”a uduzması gümüş medalların taleyinə aydınlıq gətirib. Belə ki, 46 xala malik “Qaradağ Lökbatan” şüvəlanlılardan 4 xal öndə qərarlaşıb. Bürünc medalların sahibi mövsümün son turunda müəyyənləşəcək.
I divizion
XXVI tur
4 may
MOİK – “Sabah” – 0:0
“Ağsu” – “Binə” – 3:2
Qollar: Adil Tağıyev, 16; Ramil Əliyev, 26; Bəhul Əliyev, 89 – Sərxan Ağayev, 12; Vüsal Səfərov, 71 (pen.)
“Turan Tovuz” – “Qaradağ Lökbatan” – 2:1
Qollar: İlkin Rzayev, 7; Tuqay Alhüseynli, 52 – Sabir Allahquliyev, 41
“Mil-Muğan” – “Şüvəlan” – 1:0
Qol: Vüqar Asəliyev, 82
“Xəzər” – “Zaqatala” – 3:2
Qollar: Tural Qürbətov, 55; Ramil Həsənov, 73; Eltun Turabov, 78 – Cavad Kazımov, 58; Nicat Muxtarov, 71
1 |
Xəzər |
26 |
15 |
5 |
6 |
40-16 |
50 |
2 |
Qaradağ Lökbatan |
26 |
13 |
7 |
6 |
44-30 |
46 |
3 |
Şüvəlan |
26 |
12 |
6 |
8 |
28-20 |
42 |
4 |
MOİK |
26 |
12 |
5 |
9 |
37-30 |
41 |
5 |
Turan Tovuz |
26 |
11 |
5 |
10 |
34-33 |
38 |
6 |
Sabah |
26 |
10 |
7 |
9 |
37-32 |
37 |
7 |
Binə |
26 |
10 |
5 |
11 |
31-33 |
35 |
8 |
Mil-Muğan |
26 |
8 |
6 |
12 |
31-45 |
30 |
9 |
Ağsu |
26 |
7 |
4 |
15 |
24-48 |
25 |
10 |
Zaqatala |
26 |
4 |
6 |
16 |
23-42 |
18 |