09:30 08-05-2018
news_image
912
TOP OYUNLARI

NBA: "Filadelfiya" seriyanı uzatdı, "Klivlend" konfrans finalında - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.

 

Şərq konfransında "Filadelfiya 76ers" "Boston Seltiks" üzərində seriyadakı ilk qələbəsini qazanıb. Digər oyunda isə "Klivlend Kavalyers" "Toronto Reptors"ı məğlub edib. Beləliklə, seriyanı 4:0 hesabı ilə öndə bitirən Ohayo təmsilçisi konfrans finalına vəsiqə qazanıb.

 

NBA

Pley-off

Şərq konfransı, yarımfinal

"Filadelfiya 76ers" - "Boston Seltiks" - 103:92

"Filadelfiya": Şariç (25 xal, 8 ribaund, 4 assist, 1 top oğurlama, 1 blok), Simmons (19 xal, 13 ribaund, 5 assist, 2 top oğurlama), MakKonnell (19 xal, 7 ribaund, 5 assist)

"Boston": Teytum (20 xal, 4 ribaund, 4 assist, 1 blok), Morris (17 xal, 5 ribaund, 1 assist, 2 blok)

Seriyada hesab - 3:1 ("Boston")

 

"Klivlend Kavalyers" - "Toronto Reptors" - 123:98

"Klivlend": Ceyms (29 xal, 11 assist, 8 ribaund, 2 top oğurlama, 1 blok), Lav (23 xal, 6 ribaund, 2 top oğurlama, 2 blok)

"Toronto": Valançyunas (18 xal, 5 ribaund, 2 assist, 3 blok), DeRozan (13 xal, 5 ribaund, 1 assist), Mayls (13 xal, 3 ribaund, 1 assist, 2 top oğurlama)

Seriyada hesab - 4:0 ("Klivlend" konfrans finalında)