11:54 31-05-2008
news_image
498
DİGƏR NÖVLƏR

Azərbaycan boksçusu AİBA prezidentinin şərəfinə təşkil olunan turnirin finalına yüksəlib

“APA-Sport” agentliyinin məlumatına görə, ilk dəfə keçirilən yarışa qatılan Azərbaycan milli komandasının üç üzvündən yalnız biri mükafat uğrunda mübarizəni davam etdirir. Pekin olimpiadasına lisenziya qazanan Samir Məmmədov (54 kq) ardıcıl iki qələbədən sonra Xurşid Tojibayevi (Özbəkistan) 17:9 hesabı ilə məğlub edərək finala yüksəlib. Həmyerlimizin bu gün keçiriləcək həlledici döyüşdə rəqibi tailandlı Vorapoy Petçkum olacaq.
Qeyd edək ki, turnirdəki digər təmsilçilərimizdən Famil Süleymanov (64 kq) birinci, Emil Məhərrəmov (69 kq) isə ikinci döyüşdə məğlub olaraq mübarizəni dayandırıb.