11:11 01-06-2008
news_image
552
DİGƏR NÖVLƏR

Azərbaycan boksçusu Tayvanda keçirilən beynəlxalq turnirin qalibi olub

Bu barədə «APA-Sport» agentliyinə Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Ağacan Abiyev məlumat verib.
A.Abiyevin sözlərinə görə, 54 kq çəkidə çıxış edən S.Məmmədov finalda tailandlı Vorapoy Petçkumu 19:2 hesabı ilə məğlub edib. ABF prezidenti vurğulayıb ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına 51 kq çəkidə lisenziya qazanan təmsilçimiz həlledici döyüşədək Mavritaniya, Rusiya və Özbəkistan idmançılarını mübarizədən kənarlaşdırıb. S.Məmmədovun finaldakı rəqibi V.Petçkum isə 2004-cü il Afina Olimpiadasının gümüş mükafatçısı olub.
Qeyd edək ki, turnirdəki digər təmsilçilərimizdən Famil Süleymanov (64 kq) birinci, Emil Məhərrəmov (69 kq) isə ikinci döyüşdə məğlub olaraq mübarizəni dayandırıb.