14:40 12-05-2018
news_image
2216
FUTBOL

"Sabah" Premyer Liqada

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

 

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, I divizionda mübarizə aparan klublardan yalnız "Sabah"ın müraciəti qəbul olunub. Beləliklə, sözügedən klubun növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcəyi dəqiqləşib.

 

AFFA-nın Lisenziya Komissiyası UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Qəbələ", "Neftçi", "Sumqayıt" və "Zirə"nin müraciətlərini müsbət dəyərləndirib, "Kəpəz" isə lisenziyalaşma prosesini keçə bilməyib.

 

Beləliklə, Lisenziya Komissiyasının klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrindən sonra qərara alınıb:

 

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt”, “Zirə”;

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin: “Kəpəz”;

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Keşlə”, “Kəpəz”, “Sabah”, “Səbail”;

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Binə” , “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan", “Zaqatala”.

 

“Keşlə”yə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün lisenziya verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.

 

Qeyd edək ki, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti ilə müraciət edə bilər.