15:56 12-05-2018
news_image
2972
FUTBOL

8, yoxsa 9? - Premyer Liqada neçə komanda olacaq?

AFFA-nın Lisenziya Komissiyasının iclası başa çatdı. İclasda UEFA-nın klub turnirlərində iştirak etmək üçün edilən müraciətlərin dəyərləndirilməsi ilə yanaşı, növbəti mövsüm Premyer Liqada iştirak etmək istəyən klubların sənədlərinə baxılıb. Müzakirələrdən sonra Lisenziya Komissiyası "Sabah"ın müraciətini müsbət dəyərləndirib və klubun yeni mövsümdən etibarən Premyer Liqada çıxış edəcəyi dəqiqləşib.

 

Qərarın ardından insanlar arasında çempionatın 8, yoxsa 9 komandalı olacağı maraq doğururdu. Apasport.az saytının əldə etdiyi məlumata görə, 2018-19 mövsümündə Premyer Liqa 8 komandanın iştirakı ilə oynanılacaq. Cari mövsümdə sonuncu pilləni tutan "Kəpəz"i yeni mövsümdə "Sabah" əvəzləyəcək. Gəncə təmsilçisi isə aşağı dəstədə mübarizə aparmalı olacaq.