
18:20
Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans finalları davam edir. Apasport.az saytının məlumatına görə, Şərq finalında "Tampa-Bey Laytninq" və "Vaşinqton Kepitalz" arasında seriyanın sayca ikinci oyunu keçirilib.
"Vaşinqton" son iki perioddakı üstün oyunu sayəsində görüşdən qalib ayrılıb. Beləliklə, "Kepitalz" seriyada fərqi artırıb - 2:0.
NHL
Pley-off
Şərq konfransı, final
"Tampa-Bey Laytninq" - "Vaşinqton Kepitalz" - 2:6
Seriyada hesab - 2:0 ("Vaşinqton")