11:12 02-06-2008
news_image
561
STOLÜSTÜ OYUNLAR

Azər Mirzəyev İspaniyada keçirilən blits turnirdə 9-cu yeri tutub

Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın Santa Koloma de Sendra şəhərində sürətli şahmat üzrə beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, altıncı dəfə təşkil olunan yarışda ölkəmizi beynəlxalq qrossmeyster Azər Mirzəyev təmsil edib. Həmyerlimiz reytinqə görə yarışın ikinci şahmatçısı olsa da, 6 xalla 9-cu yeri tutub. A.Mirzəyev mükafatçılar sırasında yer alan şahmatçılardan cəmi yarım xal geri qalıb.