09:14 16-05-2018
news_image
586
TOP OYUNLARI

Rəqibimiz Sloveniyaya yenə şans vermədi

Qadın voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqasında Azərbaycan millisinin rəqibi Bolqarıstan yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, balkanlılar Sloveniya yığması ilə güclərini yoxlayıblar.

 

Qarşılaşma bolqarıstanlıların qələbəsi ilə başa çatıb. Onlar ikinci yoldaşlıq matçında da Sloveniyanı 5:0 (25:18, 25:20, 25:19, 25:22, 25:12) hesabı ilə məğlub ediblər.

 

Faiq Qarayevin yetirmələri Bolqarıstanla mayın 26-da və 30-da oynayacaqlar.

 

Qeyd edək ki, bolqarlar sloveniyalılarla birinci oyunda setləri 25:14, 25:18, 25:23, 15:11, 25:19 hesabı ilə qazanıb.