
00:59
Milli Xokkey Liqasında (NHL) pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə bir qarşılaşma keçirilib. Şərq konfransının final seriyasında "Vaşinqton Kepitalz" "Tampa-Bey Laytninq"i qəbul edib.
Seriyanın ilk iki oyunundan fərqli olaraq, qarşılaşma "Tampa-Bey"in üstünlüyü şəraitində keçib. Nəticədə, ilk iki periodda ələ keçirdiyi fərqi sona qədər qoruyan "Laytninq" seriyada birinci qələbəsini qazanıb.
NHL
Pley-off
Şərq konfransı, final
"Vaşinqton Kepitalz" - "Tampa-Bey Laytninq" - 2:4
Seriyada hesab - 2:1 ("Vaşinqton")