16:43 02-06-2008
news_image
667
STOLÜSTÜ OYUNLAR

Veteran şahmatçılar arasında ilk Azərbaycan çempionatı start götürüb

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün veteran şahmatçılar arasında I Azərbaycan çempionatı start götürüb. Bu haqda “APA-Sport” agentliyinə Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışov məlumat verib. Onun sözlərinə görə, federasiyanın mənzil qərargahında təşkil olunan yarışa 10 şahmatçı qatılıb. Dairəvi sistemlə keçirilən və 500 manat mükafat fondu olan çempionata iyunun 11-də yekun vurulacaq.