09:44 18-05-2018
news_image
648
DİGƏR NÖVLƏR

DÇ-2018: Rusiya və Finlandiya mübarizəni dayandırdı

Danimarkada keçirilən xokkey üzrə dünya çempionatında mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, turnirin yarımfinalçılarının kimliyinə aydınlıq gəlib.

 

Günün ən maraqla gözlənilən oyununda qalib overtaymda müəyyənləşib. Kanada Rusiyanı mübarizədən kənarlaşdırıb. ABŞ Çexiyanı, İsveç Latviyanı məğlub edib. Günün sürprizi isə Finlandiya - İsveçrə qarşılaşmasında qeydə alınıb. B qrupunu birinci sırada bitirən finlər 2:3 hesabı ilə məğlub olaraq, dünya çempionatı ilə vidalaşıblar.

 

Dünya çempionatı

1/4 final

Rusiya - Kanada - 4:5 (overtaym)

ABŞ - Çexiya - 3:2

Finlandiya - İsveçrə - 2:3

İsveç - Latviya - 3:2