15:38 18-05-2018
news_image
598
DİGƏR NÖVLƏR

33 ölkənin yığması Bakıya gələcək

Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları üçün Bakıya gələcək ölkələrin sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 23-də təşkil olunacaq turnirdə 33 yığma iştirak edəcək.

 

Bu ölkələr 58 oğlan və 54 qız gimnastla təmsil olunacaq. Reqlamentə əsasən, çoxnövçülük yarışında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla, ilk “17-lik”də yer alacaq iştirakçılar Buenos-Ayres-2018-ə getmək şansı əldə edəcəklər.

 

Qeyd edək ki, bu növ üzrə Olimpiada üçün yeganə təsnifat turniri Milli Gimnastika Arenasında olacaq.