01:35 19-05-2018
news_image
1167
TOP OYUNLARI

Avroliqa: “Fənərbaxça”nın rəqibi "Real" oldu - YENİLƏNİB

Kişi basketbolçuların Avroliqa turnirində “Dördlər finalı”na start verilib. Apasport.az saytının məlumatına görə, hər iki finalçı müəyyənləşib.

 

Günün ilk matçında son çempion “Fənərbaxça” “Jalgiris”lə qarşılaşıb. Oyun İstanbul təmsilçisinin 76:67 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Digər oyunda isə ötən mövsümün üçüncü ilə dördüncüsü – MOİK və “Real” – üz-üzə gəlib. Sözügedən görüş madridlilərin qələbəsi ilə yekunlaşıb - 92:83.

 

Avroliqa

Dördlər finalı

 

“Fənərbaxça (Türkiyə) – “Jalgiris” (Litva) - 76:67

 

MOİK (Rusiya) – “Real” (İspaniya) - 83:92

 

Qeyd edək ki, “Dördlər finalı”na Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən “Kombank Arena” ev sahibliyi edir.