20:56 19-05-2018
news_image
556
FUTBOL

Bombardirlər mükafatlandırıldı

2017/2018-ci illər mövsümündə futbol üzrə Azərbaycan I Divizionunun və əvəzedici heyətlərin yarışının bombardiri mükafatlandırılıb. Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir “Bayıl Arena”da baş tutub.

 

 

I Divizionda 15 qolla ən sərrast oyunçu olan MOİK klubunun üzvü Bəhruz Teymurov, eləcə də əvəzedici heyətlərin yarışında 16 qolla bombardir olmuş “Sumqayıt”ın üzvü Ülvi İsgəndərov bu gün xüsusi mükafatlarına qovuşublar.

 

Bununla bağlı təşkil olunan tədbirdə adıçəkilən şəxslərə xüsusi mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.