00:02 20-05-2018
news_image
4381
TOP OYUNLARI

“Qrup qalibi olmaq istəyirik” – Yelizaveta Səmədova

“Möhtəşəm hisslərdi. Çox çətin oyun və əla qələbə!”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib.

 

O, Avropa Qızıl Liqasının ilk turunun Ukrayna üzərindəki 3:1 hesablı qələbəni şərh edib: “Dördüncü setdə məğlubiyyət çox yaxın idi. Biz 7 top fərqilə geridə idik. Amma oyunda dönüş yarada bildik. Bilirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı çıxış edəcəyik. Biz qrup qalibi olmaq istəyirik”.