01:48 20-05-2018
news_image
783
TOP OYUNLARI

“Evdə qisas alacağımıza ümid edirik” – ukraynalı voleybolçu

“Komandamız oyuna çox yaxşı başladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Qari Yeqizarov deyib.

 

O, Avropa Qızıl Liqasının Azərbaycanla oyundakı 1:3 hesablı məğlubiyyətini özünəinamın azlığı ilə izah edib: “Lakin voleybolçularımız özlərinə tam inanmırlar. Ümid edirik ki, qarşıdakı görüşlərdə yaxşı nəticələr göstərəcəyik”.

 

Ukraynalıların voleybolçusu Anna Stepanyuk revanş arzusunu gizlətməyib: “Turnirdəki ilk oyunu uduzduq. Amma hər şey hələ indi başlayır. Biz bəzi anlarda yaxşı oynadıq. Amma Azərbaycan millisi daha yaxşı çıxış etdi. Evdə qisas alacağımıza ümid edirik”.